Rihannanın qəribə kaprizləri - “Razetka”, güldan...

rihannanin-qeribe-kaprizleri
Oxunma sayı: 2540

Amerikanın məşhur pop ulduzu Rihannanın rayderləri mətbuata təqdim olunub. “Qafqazinfo” xəbər verir ki, 30 yaşlı sənətçinin verəcəyi konsertin qonorarı ilə yanaşı istəkləri də hər kəsi təəccübləndirib. 

Bir neçə dəfə Bakıda səhnəyə çıxan sənətçinin kulisində bəzi şeylər var ki, onların mütləq olmasını tələb edir. 

Məsələn, o, otağında 5 gözü olan “razetka”, işıqlı otaq, soyuducunun üstünü örtmək üçün ağ örtük, nəmləndiricisi krem olması şərtdir.  

Bundan əlavə, Rihanna otağında təmiz heyvan dərisindən hazırlanmış xalçanın olmasının tərəfdarıdır.  Həmçinin qara və mavi pərdə, xeyli şam və içərisində ağ lalə olan güldanlar pop ulduzun kulisində yer almalıdır.