Rusiya çempionunu hamamda “tok” vurub öldürdü - Fotolar

rusiya-cempionunu-hamamda-tok-vurub-oldurdu
Oxunma sayı: 4292

Pankration üzrə Rusiya çempionu İrina Rıbnikova bədbəxt hadisə nəticəsində vəfat edib.

“Qafqazinfo”nun “İrk.ru”ya istinadən məlumatına görə, idmançı İrkutsk vilayətindəki şəxsi evində elektrik cərəyanının vurması nəticəsində dünyasını dəyişib.

Belə ki, 15 yaşlı İrina mobil telefonu ilə hamam otağına daxil olub. O, telefonunu orada elektrik enerjisi şəbəkəsinə qoşub. Lakin gözlənilmədən telefon suya düşüb və yeniyetmə cərəyan vurması nəticəsində ölüb.