Rusiya mina hazırlayıb...

rusiya-mina-hazirlayib
Oxunma sayı: 644

Trend-in məlumatına görə, bunu çərşənbə günü Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu keçirdiyi mətbuat konfransında bildirib.
"Erməni ekspertlərin və ermənipərəst Rusiya siyasətçilərinin bu məsələyə münasibət bildirməmələri də vəziyyəti qətiyyən dəyişmir; əllərində başqa arqumentlər varsa, buyursunlar. Onlar susmaqla Rusiyanın DQ məsələsində dəyişilmiş mövqeyini neytrallaşdıra bilməyəcəklər", - Əhmədoğlu deyib.
O vurğulayıb ki, Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin bəyan etdi ki, qarşıdan gələn illərin Azərbaycanda və Ermənistanda prezident seçkiləri ili olmasına baxmayaraq, Rusiya DQ münaqişəsini həll etmək üçün var gücü ilə çalışacaqdır.
Politoloqun fikrincə, DQ münaqişəsinin tənzimlənməsi prosesində aktivlik Ermənistanın maraqlarına cavab vermir.
Əhmədoğlu qeyd edib ki, DQ münaqişəsinin tənzimlənməsinin Rusiya modelində bu ərazilərin müstəqil olması və ya Ermənistana birləşməsi mümkün deyil və ola da bilməz.
"Bu, Rusiyanın Cənubi Qafqazda mina hazırlayıb həmin minanı Şimali Qafqazın altına qoyması demək olardı. Rusiya anlamında erməniləri qane edə biləcək yeganə variant Dnestryanı münaqişəni tənzimləmək üçün RF-nin təqdim etdiyi "xüsusi status modeli" ola bilər; amma çətin ki, Azərbaycana görə bu modeli gündəliyə gətirsin. Rusiyanın ortalığa qoyduğu variant Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin daha çox nəzərə alınması istiqamətində olacaqdır", - politoloq deyib.