Rusiyanın tanınmış aktyoru Aleksandr Kuznetsov 60 yaşında dünyasını dəyişib.
“Qafqazinfo”un məlumatına görə, bu haqda onun həmkarı E. Vitorqan İnstaqram hesabında xəbər verib.
“Bu gün... Səhər saat 9-da... Saşenka Kuznetsov! Çox sağ ol, bizimlə olduğun üçün. Sən yaşamaq üçün çox mübarizə apardın. Allah rəhmət eləsin”, - deyə Vitorqan qeyd edib.
Məlumat üçün bildirək ki, 70-dən çox filmdə rol alan Aleksandr Kuznetsov tamaşaçıların yaddaşında daha çox “Ciddi rejimli komediya”, “Planetlər paradı” ilə yadda qalıb. O, son dəfə “Falçı” teleserialında rol almışdı.
Son xəbərlər
Son Xəbərlər
.jpg)