Şahzadə “Mançester Yunayted”i almaq istəyir - 4,8 milyard dollara

sahzade-mancester-yunaytedi-almaq-isteyir
Oxunma sayı: 2006

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman “Mançester Yunayted” klubunu almaq istəyir.

“Qafqazinfo” xəbər verir ki, şahzadə bunun üçün kluba 4,8 milyard dollar təklif etməyə hazırdır. 

“Mançester Yunayted”in indiki sahibləri olan Qleyzerlər ailəsinin klubun satışı variantını nəzərdə tutmadıqları, lakin təklifin maliyyə baxımından faydalı ola biləcəyi qeyd edilir. 

Salman yeni mövsümün əvvəlinə kimi saziş imzalamağı nəzərdə tutur.