Samir Bağırov əsgərliyindən danışdı - - "Dəhşət qorxurdum"

samir-bagirov-esgerliyinden-danisdi-
Oxunma sayı: 5751


“Qafqazinfo”ya açıqlama verən Bağırov bildirib ki, o, iki il əsgərlikdə olub: 

“Mən iki il-1985-1986-cı illərdə əsgərlikdə oldum. Bakının Bayıl qəsəbəsində xidmət etdim. Bizdə hərbi hissədə ansambl  var idi, orada tez-tez çıxış edirdim. Mənim üçün o illər  çox da çətin keçmədi. İlk günlər elə bilirdim dəhşətli bir yerdəyəm. Dəhşət qorxurdum. Həmişə anamın yanıda olmuşdum, ora mənə cəhənnəm kimi gəlirdi. Daha sonra öyrəşdim. Hətta bir dəfə hərbi hissədən icazəsiz qaçdım.  Buna səbəb isə ən çox sevdiyim ifaçı Alla Puqaçovanın konserti idi. Həmin konsertdə iştirak etdim”. 

Aynur