Səbaildə Çernobılçılarla görüş keçirilib

sebailde-cernobilcilarla-gorus-kecirilib
Oxunma sayı: 691

Çernobıl qəzasının   ildönümü ilə bağlı  Səbail Rayon İcra Hakimiyyətində rayon rəhbərliyi ilə qəzanın aradan qaldırılmasının iştirakçıları olmuş rayon sakinlərinin ənənəvi görüşü keçirilib. 

İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, mərasimdə çıxış edən Səbail Rayon İcra Hakimiyyəti başçının müavini  Eldar Ağayev  bildirib ki, bu dəhşətli qəza bütün dünyada əks-səda doğurmuşdu. Hadisə nəticəsində 7 min insan həlak olub, 25 min insan güclü radiasiyaya məruz qalaraq ömürlük şikəst olub. 

Hadisədən artıq 30 il keçməsinə baxmayaraq bir çox iştirakçılar bu gün də əziyyət çəkirlər. 

Toplantıda qeyd olunub ki, Səbail rayonunda Çernobıl qəzasının aradan qaldırılmasına iştirak etmiş 96 nəfərin 46-ı müxtəlif dərəcəli əlildir və onlar dövlət tərəfindən müəyyən edilmiş təqaüd, müavinətlər və müraciət etdikləri zaman sanator müalicəsi ilə təmin olunurlar. Son 2 il ərzində rayonda 3 nəfər Çernobıl əlili mənzillə, 3 nəfər minik avtomobili ilə təmin olunub, 40 nəfər sanatoriyaya göndərilib, bu il daha 20 nəfərin istirahətə göndərilməsi planlaşdırılıb. 

Tədbirin sonunda Çernobıl əlillərinə maddi yardım və ərzaq bağlamaları  təqdim olunub.