Səməd Seyidov Böyük Britaniya nümayəndə heyəti ilə görüşdü

semed-seyidov-boyuk-britaniya-numayende-heyeti-ile-gorusdu
Oxunma sayı: 633

ADU-nun mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, qonaqları salamlayan rektor, onları ADU-da görməkdən məmnun olduğunu bildirib. Parlamentlərarası əlaqələrə toxunan S. Seyidov Böyük Britaniya ilə birbaşa və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrdən və ikitərəfli əməkdaşlıqdan danışıb.
Səməd Seyidov rektoru olduğu universitet haqqında qonaqlara məlumat verərək burada 5000 tələbənin təhsil aldığını deyib. O, ADU-nun Böyük Britaniyanın bir sıra aparıcı təhsil ocaqları, o cümlədən Esseks, İpsviç, Qlazqo universitetləri ilə əlaqələr qurduğunu qeyd edib. Rektor həmçinin rəhbərlik etdiyi ali məktəbin British Council ilə əməkdaşlığından da söz açıb.

Qonaqlar səmimi qəbula görə rektor Səməd Seyidova təşəkkür edib. Görüşdə tərəflər ikitərəfli əlaqələr və əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Görüşdə, həmçinin bir sıra beynəlxalq və regional məsələlər haqda fikir mübadiləsi aparılıb.

Nigar Məmmədli