Şəmsəddin Hacıyev prokurorluğa çağırıldı

Şəmsəddin Hacıyev prokurorluğa çağırıldı
Oxunma sayı: 2524

Azərbaycan Dövlət İqtisad Universitetinin(ADİU) sabiq rektoru, YAP-çı deputat Şəmsəddin Hacıyev rəhbərlik etdiyi dövrdə baş verən yeyintilərlə bağlı  istintaqa çağırılıb. 

“Qafqazinfo” “Yeni Müsavat”a istinadən xəbər verir ki, Ş.Hacıyev bir neçə gün əvvəl Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə dəvət olunub. Bu dəvətin qeyri-rəsmi olduğu deyilir. Məlumdur ki, sabiq rektor deputatdır və toxunulmazlıq statusu var. Sabiq rektorun söhbət əsnasında nə dediyi barədə  dəqiq bilgi yoxdur. 

Qeyd edək ki, bir neçə gün əvvəl  Ş.Hacıyev  sözügedən cinayət işinin onunla heç bir bağlılığı olmadığnı deyib.  “Ümumiyyətlə, sözügedən məsələ ilə bağlı Baş Prokurorluqda dindirilmisinizmi”, sualımıza cavab olaraq Ş.Hacıyev belə cavab verib: “Mən bu məsələ ilə bağlı heç bir yerə dəvət olunmamışam və niyə də dəvət olunmalıyam ki? Hazırda YAP-ın təsis olunmasının 25 illiyi ilə məşğulam”.

Qəzet yazıb ki, bu korrupsiya işi ilə bağlı məsələ dövlət rəhbərliyinin də nəzarətindədir. Üstəlik, artıq bu maxinasiyalarda iştirak etmiş konkret şəxslər də müəyyənləşdirilib. 

Xatırladaq ki, ADİU-ya dövlət büdcəsindən ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasının auditinin nəticəsində böyük maxinasiyalar üzə çıxarılıb. Yoxlamaların nəticəsi olaraq Hesablama Palatasından Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olan hesabat araşdırılıb.  Fakta görə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 179.3.2-ci (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə külli miqdarda etibar edilmiş özgə əmlakını talama) maddələri ilə cinayət işi başlanıb. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi