“Sevdinsə, gərək ərə gedəsən” - Fotolar

sevdinse-gerek-ere-gedesen
Oxunma sayı: 2967

Ötən gün müğənni Nura Suri “Sevgi romanı” adlı klipinin təqdimatını edib.  “Qafqazinfo” xəbər verir ki, sözləri Zülfi Bədəlova, aranjımanı Fərid Ağaya məxsus mahnıya çəkilən ekran işinin müəllifi Natiq Muxtarovdur.  Yumoristik janrda çəkilən layihənin baş qəhrəmanı Nura Suridir. , onun obrazı üzərində tanınmış stilist Elnur Həsənov çalışıb.  

Onun tərəf müqabili ilə rejissorun özü olub. “Klipdə gördüyünüz əllər, məni döyən, başıma oyun açan rejissor Natiq Muxtarovdur”.- deyə Suri bildirib. 

Nura daha sonra klipin ssenarisindən danışıb: “Burada münasibətlər arasında aqressiyanı yox, yumoru göstərməyə çalışmışıq. Düşünürəm ki, yumor hissi olmayan münasibətlər alınmır. Zatən iki sevgili mütləq şəkildə bir-biri ilə zarafat edir və bu, təbiidir. Əsas odur ki, sevginin sonu evliliklə bitdi. Klipin sonunda evlənmişəm. Ərə getdim. Ümumiyyətlə ərə getməkdən xoşum gəlir. Bizdə belədir, sevdinsə, gərək ərə gedəsən”.

Müğənni şou-biznesdə yaranan durğunluqdan da söhbət açıb: “İş görürük, qarşıda daha bir neçə layihəmiz var. Bir müddət ad almış, hörmətli və sevilən bir çox müğənnilər efirə çıxmadı. Bu səbəbdən də səhnə boş qaldı və nəticədə bayağı musiqi dəbə düşdü. İkinci məsələ bizdə klip kanallarının olmamasıdır. Hər dəfə demişəm ki, klip olmadığından pul xərcləyib klip çəkdirmək müğənnilərə sərf etmir. Çünki telekanallarda kliplərə sadəcə 1 saat vaxt ayrılır. Ekran işi gün ərzində ən azı 5-10 dəfə yayımlanmalıdır ki, mahnı tanınsın və sevilsin”. 

Xatırladaq ki, klip “MTV Azərbaycan” kanalında özəl olaraq yayımlanır. Ekran işi sənətçinin rəsmi “Youtube” səhifəsində bazaar ertəsi yerləşdiriləcək. 

Klip çəkilişi zamanı lentə alınan fotoların müəllifi Niko Abbasovdur.