Seyfullah Türksoya fəxri doktor adı verilib

seyfullah-turksoya-fexri-doktor-adi-verilib
Oxunma sayı: 1455

Türk dünyasının tanınmış isimlərdən olan Seyfullah Türksoya Bakı Avrasiya Universitetinin fəxri doktoru adı verilib. “Qafqazinfo” xəbər verir ki, bu münasibətlə təşkil edilən, tədbirdə üniversitet rəhbərliyi ilə yanaşı,Qafqaz Universitetlər Birliyinin rəhbəri prof.dr.Ramazan Korkmaz,millət vəkili Hikmət Babayev,TUİB-in rəhbəri Hüseyn Böyükfırat, Azərbaycanın xalq şairi Sabir Rüstəmxanlı, eyni zamanda Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı ,QHT rəhbərləri və media mənsubları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan universitetin xarici əlaqələr üzrə prorektoru Səyavuş Qasımov - Türk Dünyası ilə ürək körpüləri yaradan, Kanal 7, Ülker TV, Bengüturk TV, Kanal24 kanallarında “Türksoyun İpək Yolu” filminin istehsalçısı, xüsusilə də Türk Dünyası haqqında ən önəmli projelərə imza atmış Seyfullah Türksoyun Azərbaycan-Türkiyə qardaşlığının güclənməsi üçün gördüyü işlər və ümumiyyətlə, fəaliyyəti barədə geniş məlumat verdi.

Daha sonra Qafqaz Universitetlər Birliyinin rəhbəri prof.drRamazan Korkmaz Seyfullah Türksoyun fəaliyyətinə böyük dəyər verən Bakı Avrasiya Universitetinin rəhbərliyinə təşəkkürünü bildirdi. Professor qeyd etdi ki, sovetlər birliyi dönəmində türk sözünü dilə gətirməyin suç olduğu bir zamanda Seyfullah Türksoyun Azərbaycan və Türkiyə üçün gördüyü işlərin qiyməti ölçüyəgəlməzdir.

Tədbirin ikinci hissəsində Bakı Avrasiya Universitetinin rektoru, professor Nazim Hüseynli Seyfullah Türksoya fəxri doktor diplomunu və medalını təqdim edib.

Görüşdə xatirə şəkilləri çəkilib.