Sığorta şirkətlərinin beynəlxalq konfransı keçirilib

sigorta-sirketlerinin-beynelxalq-konfransi-kecirilib
Oxunma sayı: 641

Almaniyanın Baden-Baden şəhərində təkrarsığortaçıların növbəti beynəlxalq konfransı keçirilib. Konfransda təkrar sığorta şirkətlərindən başqa Mərkəzi və Şərqi Avropa, Rusiya və postsovet məkanı ölkələrinin o cümlədən Azərbaycanın sığorta şirkətlərinin, brokerlərinin mütəxəssisləri iştirak edib. Tədbirin əsas məqsədi şirkətlər arasında yeni əlaqələrin qurulması və növbəti il üçün prioritet məsələləri müzakirə etmək olub.

Konfransda iştirak edən Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) İcraçı Direktoru Azər Əliyev, ölkəmizin sığorta bazarı və onun inkişafı haqqında tədbir iştirakçılarını məlumatlandırıb: “Bu gün biz qürur hissi ilə sizə ölkəmizin sığorta bazarını təqdim edirik. Çünki biz bu sığorta bazarın dayanaqlığına, davamlığına inanırıq və sizin biznes üçün maraqlı perspektivlər təqdim etdiyinə əminik. Fikrimcə, bu tədbir bizim bazarlar arasında effektli əlaqə yaradacaq biləcək”.

Qeyd edək ki, tədbirin təşkilatçıları arasında Azərbaycanın aparıcı sığorta şirkətləri də təmsil olunublar.

Nigar Məmmədli