Şimali Koreya ABŞ-ı təhdid etdi - “Yer üzündə izləri də qalmaz”

simali-koreya-abs-i-tehdid-etdi
Oxunma sayı: 1790

Şimali Koreyanın müdafiə naziri Pak Yonq-Sık ölkənin təhlükəsizliyini qorumaq üçün hər cür addımı atmağa hazır olduqlarını açıqlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, nazir ABŞ-ı Şimali Koreyanı nüvə silahı ilə təhdid etməkdən əl çəkməyə çağırıb:

“Əks halda ölkəmizin məğlubedilməz ordusu heç bir xəbərdarlıq etmədən Amerikanın “qəlbinə” ən geniş nüvə zərbəsini endirəcək. Dünyada ABŞ deyilən yerdən heç bir iz də qalmaz”.