Şirvanda toyda zəhərlənənlərin sayı 19-a çatdı

sirvanda-toyda-zeherlenenlerin-sayi-19-a-catdi
Oxunma sayı: 1438

Şirvan şəhərində toy mərasimi zamanı pirotexniki vasitələrin tüstüsündən zəhərlənən şəxslərin sayı 19 nəfərə çatıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə "Report"a Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Reanimasiya və Anesteziologiya şöbəsinin müdiri Famil Yusifov məlumat verib.

Şöbə müdiri bildirib ki, xəstəxanaya qazdan boğulma diaqnozu ilə 19 nəfər müraciət edib:

"Zəhərlənənlər boğazda qıcıqlanma, öskürək və huşun müəyyən qədər itirilməsi əlamətləri ilə xəstəxanaya yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilərək oksigen verilib və lazımi müayinə və müalicələr aparılıb. Xəstələrin hamısı kafi vəziyyətdə ambulator müalicəyə buraxılıb".