Siyəzəndə 2 yük maşını toqquşub, yanğın çıxıb

siyezende-2-yuk-masini-toqqusub-yangin-cixib
Oxunma sayı: 724

Siyəzən rayonu, Zarat kəndində "Volvo" və "Mercedes" markalı iki yük avtomobili toqquşub.

"Qafqazinfo" FHN-nin saytına istinadən xəbər verir ki, nəticədə yanğın olub. Yanğın nəticəsində “Volvo” markalı yük avtomobilinin kabinası, qoşqusunun bir hissəsi və qabaq təkərləri yanıb. Avtomobilin qalan hissəsi və digər avtomobil yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürüüb.