Şou-biznesin 2014-ü- - Ərə gedən, ana olan, Ərdoğanla bağlı filmə çəkilən...

sou-biznesin-2014-u-
Oxunma sayı: 2602


 “Qafqazinfo” sənət adamları arasında sorğu keçirib və bu ilin hansı əlamətdar hadisələrlə yaddaşlarında qaldığını öyrənib: 

Aktrisa Məlahət Abbasova: “Bu il çox məşğul oldum. Quruluşcu rejissor olmağım ən yadda qalan hadisə oldu. Elçinin " Şekspir" tamaşası 8 mükafat aldı və “İlin ən çox mükafat alan tamaşası” oldu. Ən son böyük hadisələrdən biri Hüseyn Cavidin “İblis” əsərinin İstanbul Şəhər Teatrlarında səhnəyə qoymaq  üçün Bədii Şuradan keçirmək idi. Ən vacibi isə gördüyüm işlərdən ötrü Türkiyə dövləti məmuriyyətimin ən yüksək təbəqəsinə gəlmiş məmur olaraq məni “Yaşıl pasport”a layiq gördü. Yəni,  diplomatik pasporta layiq görüldüm. Bu il çox uğurlu keçdi”.

Biznes-ledi Ruhi Əliyeva: “Bu il iki layihəm həyata keçdi. Dəb sahəsində kifayət qədər işlər gördüyümü düşünürəm. “Dəb siz” bu ilin son layihəsidir.  Növbəti  ildə də maraqlı və uğurlu layihələrim olacaq. Bununla yanaşı il mənim üçün kəmşirin keçdi,  yaxşı və pis tərəfləri də oldu.  Yaxşı dost qazandım, pis dostları itirdim. İtirdiyim dost olmadı əslində yaxşı insanlar yanımda qaldı, pis insan isə həyatımdan getdi. 

Günay Musayeva: “Bu il bir çox dəfilələrdə iştirak etməklə yanaşı özümü aktrisa kimi də sınadım və artıq daha çox bu yolda irəliləyirəm. Hazırda özəl aktrisalıq dərsləri ilə yanaşı döyüş-silah və Eric Morris təhsilini alıram.  Rusiyanın RTR2 telekanalında yayımlanan “Türk tranziti” adlı 8 hissəli serialda Şahnur obrazını canlandırdım. Hər sezon keçirilən ən prestijli sayılan “İstanbul Fashion Week”lə yanaşı Türkiyənin ən öndə gedən modalyerlərinin defilələrində baç model olaraq yer aldım. Türk Cümhuriyyəti və türk dünyası ölkələrinin mədəniyyət sahəsində göstərdiyim fəaliyyətə görə “Türkiyə-Azərbaycan sənət səfiri” seçildim. ( Türkiyə Çirağan sarayında) və bu mükafatın artıq 2 ildir ki, mənə verilməsi məni qürurlandırdı.  

ATV-də yayımlanan “Bəyaz qərənfil” serialında baş və önəmli rollardan birini oynadım. Dəyərli aktyorlarla eyni serialda rol almaq mənim üçün xoş oldu. Hazırda Prezident Rəcəb Tayyib Ərdoğanın nazirlik dövründən bəhs edən filmdə baş rolda oynayıram. “17 dekabr əməliyyatları”ndan bəhs edən “Kod adı K.O.Z” adlı film fevralda nümayiş olunacaq. Mən isə filmdə kadın baş qəhrəman Zeynəb Balkan obrazını canlandırıram. Dekabrın 26-da Bakıda “HADIJE MARKA”nın təşkilatçılığı ilə keçiriləcək moda nümayişində səhnəyə çıxacam”.

Müğənni Ayan Babakişiyeva: “Bu il mənim üçün çox gözəl keçdi. Ən əsası ana oldum, Selenam dünyaya gəldi, analıq hissini yaşadım və çox xoşbəxtəm.  “Miss Azərbaycan-2014” gözəllik yarışmasında  ilk dəfə münsif kürsüsündə oturdum.  İşıq üzü görən mahnılarım sevildi, bəyənildi. Mustafa Kamal Atatürkün sevimli mahnısı “Atabarı” ifa etdim.  Musiqisi Elçin İmanova, sözləri Zemfira Əlişqızına məxsus olan “Qorxuram gecələrdən”, . Xanım İsmayılqızının yazdığı  “Sevirəm”, Tural Bayraməliyevin “Səndən sonra” mahnılarını təqdim etdim və sevildi. 2015-ci il həm özəl, həm də yaradıcılıq həyatımda uğur qazanacağıma inanıram”.

Müğənni Nura Suri: “Sənətimdə, yaradıcılığımda sıçrayış olub. İl başlayanda “Brilliantlar” layihəm uğurlu oldu. Hazırda  üçüncü albomum üzərində çalışıram. İlin sonuna albomum hazır olacaq, yalnız fotosessiya etdirmək qalıb. Bu il çox düşərli oldu mənə. 6-7 aydır ki, efirə çıxmamağıma baxmayaraq yaradıcılığımla məşğulam. Ən əsası oğlum David birinci sinifə getdi”. 

Rəqqasə Oksana Rəsulova: “2014-cü il mənim üçün çox uğurlu oldu.  Hindistanın məşhur müsabiqəsi "İndias Best Cine Star Ki Khoj"un qalibi oldum. Hindistanda filmə çəkiləcəm, bu mənim uşaqlıq arzum idi. “ Leyli Məcnun” əsərini çox sevirəm, həmin əsəri xatırladan “Eşq adlı klipimi təqdim etdim”. İnşallah 2015-ci il  daha da uğurlu olacaq”. 

Natavan Həbibi: “2014-cü ili yaradıcılığımın ən uğurlu illərindən hesab edirəm. Ən əsası ardıcıl 5 konsert verdim, bu böyük uğurlarımdandır.  Dekabrın 16 və 28-i xaricdə növbəti konsertim olacaq. İnşallah, ilin sonuna qədər yaradıcılığımda yadda qalan yenilikləri davam etdirəcəm”. 

Müğənni Sevda Sanalıyeva: “2014-cü il mənə gözəl ailə qismət etdi.  Allah dünyanın ən dəyərli varlığı oğlumu verdi. Ana olmağın məsuliyyətini dərk etdim. 2014-cü ildən çox razıyam, çox şükür edirəm ki, gözəl günlər yaşadım. İnanıram ki, 2015-ci ildə uğurlu olacaq. Üzümüzə gələn il yaradıcılığıma daha çox vaxt ayıracam” 

Model Minarə Allahverdiyeva: “2014-cü ildə həyatım tamamilə dəyişdi. Yeni ailə həyatı qurdum, 2-ci qızım Məryəm dünyaya gəldi.  Çox xoşbəxtəm. 2015-ci ildə isə daha gözəl günlər yaşayacağımıza inanıram”. 

Müğənni Elçin Hüseynov: “Bu il mənim üçün uğurlu oldu, yeni mahnılar üzərində işlədim. Yeni klipimi təqdim etdim və tamaşaçılar tərəfindən sevildi.bu il uğurlu il olaraq yadımda qalıb”.

Aktrisa Nigar Bahadırqızı:  “2014-cü il o qədərdə uğurlu il hesab olunmur. Başqa illərdən fərqli olaraq bu il uğurlarım az olub. Beynəlxalq Teatr Festivalları ilə yadımda qaldı. “Perm"  şəhərində keçirilən 1-ci Beynəlxalq "Martin Makdonax" teatr festivalından teatrımıza mükafatla qayıtdıq. Bu il şəxsi həyatımda nişanlanmağımla yadda qaldı.  Beləliklə, çox böyük həvəslə 2014-ü yola salıb, 2015-i qarşılayacam. İnaniram ki, 2015-ci il çox düşərli və yadda qalan olacaq”.

Əkiz Sevil-Sevinc bacıları: “2014-cü il bizim üçün çox düşərli oldu, işlərimizdə uğur qazandıq. Xəzər TV”d “Hər şey daxil” verilişini təqdim etməyə başladıq və sevindirici odur ki, proqramramımız sevildi. Dalbadal 4 klipimizi təqdim etdik. Yeni “Eşq dəlisi2 klipimiz də artıq “Kral TV”də yayımlanır. İnşallah 2015-ci il də bizim üçün uğurlu olar”. 

Model Aytac Ağacanova: “ 2014-cü ildə yalnız özümü təhsilə ayırdım. Heç bir gözəllik müsabiqəsində iştirak etmədim. Zəhmətim isə yerdə qalmadı, Qərb universitetinə  istədiyim fakültəyə  daxil oldum. Bu il mənim üşün yadda qalan bunlar oldu”. 


Könül