Şumaxerin komanda yoldaşının bolidində yanğın

sumaxerin-komanda-yoldasinin-bolidinde-yangin
Oxunma sayı: 903

Bakıda keçirilən “Formula- 2” sıralama yarışlarında qəza baş verib. 

“Qafqazinfo” xəbər verir ki, “Prema Racing” komandasının pilotu Sean Qelaelin maşını yanmağa başlayıb. Lakin yanğın dərhal söndürülüb. 

Pilot bolidi hərəkətə gətirən zaman yanğınsöndürənlərdən birinə ilişib və o, yıxılıb. Yanğınsöndürən heç bir ciddi xəsarət almayıb.

Qeyd edək ki, məşhur pilot Mixail Şumaxerin oğlu Mik Şumaxer də “Prema Racing” komandasında yarışır.