Sürücülər üçün yeni video

suruculer-ucun-yeni-video
Oxunma sayı: 678

Bakı Nəqliyyat Agentliyi hərəkət iştirakçıların və sərnişinlərimizin maarifləndirilməsi istiqamətində tədbirlərini davam etdirir.

"Qafqazinfo" qurumun bu çərçivədə hazırlanan növbəti videoçarxını təqdim edir.

Videoçarx bu gün sürücülərin əksəriyyətini narahat edən aktual problemə həsr edilib. Belə ki, bir çox sürücülər avtomagistrallarda sürətlərini hərəkət zolağına uyğun tənzimləmirlər ki, bu da əksər hallarda qəzaya səbəb olur. Təqdim etdiyimiz videoçarxda da sürücülərimizə sürətlərini hərəkət etdikləri zolağa uyğun tənzimləmələri tövsiyə edilir.