Tanınmış model podiumda öldü, şou zənn etdilər - Fotolar+Video

taninmis-model-podiumda-oldu-sou-zenn-etdiler
Oxunma sayı: 6060

Braziliyalı model Tales Kotta San-Paulo şəhərində moda həftəsinin finalında podiumda dünyasını dəyişib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 26 yaşlı model moda nümayişi zamanı qəfil yıxılan Kottanın əvvəlcə şou göstərdiyi zənn edilib. Lakin daha sonra ağzından köpük gələn modelin öldüyü başa düşülüb.

Təcili yardım əməkdaşları Talesi xəstəxanaya çatdırsalar da, artıq gec olub. Modelin ölüm səbəbi dəqiq bilinmir.