Televiziya şərhçisi “Qalatasaray”ın futbolçusunu heyvana bənzətdi

televiziya-serhcisi-qalatasarayin-futbolcusunu-heyvana-benzetdi
Oxunma sayı: 635

“Qafqazinfo”nun verdiyi xəbərə görə, derbidə “Qalatasaray”ın qaradərili futbolçusu Emanuel Ebunun hərəkətləri müzakirə edilən zaman şərhçi Burhan Akdağ bunları deyib: “Mən onu hər gün “National Geographic”də (əsasən heyvanlar haqqında sənədli filmlərin nümayiş olunduğu televiziya kanalı) hər gün izləyirəm”. “Qalatasaray” azarkeşlərinin kəskin etirazından sonra Akdağ verdiyi açıqlamaya görə üzrxahlıq edib: “Bu ifadəni işlətmək istəmirdim. Sadəcə ağzımdan çıxdı. O kanalda aslanlar da göstərilir. Onları nəzərdə tutmuşdum. Hər kəsdən üzr istəyirəm”.

Ceyhun Əhmədov