Terrorda ölən və yaralananlar arasında azərbaycanlı varmı?

terrorda-olen-ve-yaralananlar-arasinda-azerbaycanli-varmi
Oxunma sayı: 640

Azərbaycanın Böyük Britaniyadakı səfirliyi Mançester şəhərində baş vermiş partlayışda ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olmasını yerli orqanlar vasitəsilə araşdırır.

“Qafqazinfo” xəbər verir ki, bunu Trend-ə XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

XİN rəsmisi deyib ki, hər hansı xəbər olduğu təqdirdə əlavə məlumat veriləcək.

Qeyd edək ki, İngiltərənin Mançester şəhərində, "Mançester Arena" stadionunda amerikalı müğənni və aktrisa Ariana Qrandenin konserti zamanı iki güclü partlayış baş verib.

Partlayış nəticəsində 22 nəfər həlak olub, 50 nəfər isə yaralanıb.