“Tesla”nın kosmosdakı marşrutu dəyişdi

teslanin-kosmosdaki-marsrutu-deyisdi
Oxunma sayı: 1957

ABŞ-ın kosmik gəmi və raket istehsalçısı “SpaceX”in çılğın layihəsində marşrut dəyişib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Florida ştatındakı “Cape Canaveral” bazasından kosmosa buraxılan “Heavy Falcon” raketinin göyərtəsində “Tesla” avtomobili yerləşdirilmişdi.

Həmin avtomobil kosmosda təxminən 6 saat ərzində sərbəst hərəkət edib.

Orbit manevrində mühərrikin alovlanması nəticəsində marşrutda dəyişiklik olub. Teslanın yeni marşrutu Mars ilə Yupiter arasındakı asteroid silsiləsidir.