Təyyarə qəzası oldu - Sərnişinlərin hamısı sağdır

teyyare-qezasi-oldu
Oxunma sayı: 2408

ABŞ-ın Texas ştatında kiçik "Douglas DC-3" təyyarəsi qəzaya uğrayıb.

"Qafqazinfo" xarici mediaya istinadən xəbər verir ki, təyyarənin göyərtəsindəki 13 sərnişinin hamısı sağ qalıb. Onlardan biri ciddi yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Daha 7 sərnişin isə travma alıb.

Qəzadan sonra təyyarə alışıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. İnsidentin səbəbləri araşdırılır.