Tikinti şirkəti pulu geri qaytaracaq

tikinti-sirketi-pulu-geri-qaytaracaq
Oxunma sayı: 1713



Respublika prokurorluğunun mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, “Fuad LTD” MMC tərəfindən Xırdalan şəhərində tikintisi aparılmış binadan 90 kvadrat metr ölçüdə, ümumi qiyməti 34.470 manat olan 2 otaqlı mənzilin alqı-satqısı barədə cəmiyyətlə T.Əliyev arasında müqavilə bağlanılmış və T.Əliyev aldığı mənzilə görə ümumilikdə 14.409 manat ödəniş edib.

Hazırda qeyd olunan binanın tikintisini davam etdirən «Abşeron 2013» MMC tərəfindən T.Əliyevə dəymiş ziyanın ödənilməsi məqsədilə ona mənzil verilməsi təklif olunub, lakin sonuncu həmin təklifi rədd edərək ödədiyi pulun geri qaytarılmasını tələb edib. Zərərçəkmişin tələbi ilə əlaqədar «Abşeron 2013» MMC tərəfindən T.Əliyevə dəymiş ziyanın ödənilməsi təmin ediləcək.