Topaz Premyer Liqası 50-ci oldu

topaz-premyer-liqasi-50-ci-oldu
Oxunma sayı: 1032

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası dünyanın milli çempionatlarının yeni reytinq siyahısını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, Topaz Premyer Liqası cədvəldə 50-cidi. Milli çempionatımız bu pilləni Şimali İrlandiya ilə bölüşdürür. Hər iki çempionatın 358 reytinq xalı var.

Qeyd edək ki, siyahıda birinci yerdə İspaniya La Liqasıdı - 1195 xal. İkinci İngiltərə Premyer Liqası (1177), üçüncü Braziliya A Seriyasıdı (1134).