Tramp kürəkənini İsrail və Fələstinə göndərir

tramp-kurekenini-israil-ve-felestine-gonderir
Oxunma sayı: 635

ABŞ prezidenti Donald Trampın kürəkəni, eyni zamanda müşaviri Cared Kuşner bu həftə İsrail və Fələstinə səfər edəcək.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, o, hər iki ölkənin prezidenti ilə görüşəcək.

Səfər çərçivəsində Trampın beynəlxalq məsələlər üzrə xüsusi təmsilçisi Ceyson Qrinblat da Kuşnerlə birlikdə olacaq.

Görüş zamanı əsasən Yaxın Şərqdə davam edən proseslər və sülh üçün atılacaq addımların müzakirə edilməsi gözlənilir.