Trampın rəqibi Quaydonun prezidentliyini tanımayacaq

trampin-reqibi-quaydonun-prezidentliyini-tanimayacaq
Oxunma sayı: 689

ABŞ prezidentliyi üçün namizədliyini irəli sürən senator Berni Sanders növbəti açıqlaması ilə gündəmə gəlib.

“Qafqazinfo” “Gazeta.ru”ya istinadən xəbər verir ki, Sanders prezident seçiləcəyi təqdirdə Venesuelada inqilab edən Xuan Quaydonun prezidentliyini tanımayacağını açıqlayıb.

Hər fürsətdə Donald Tramp hökumətinin ciddi problemləri olduğunu dilə gətirən Sanders, Venesuela məsələsində də Trampın açıqlamalarına əks fikir irəli sürüb.

Senator hesab edir ki, Nikolas Maduronun iqtidarda qalıb-qalmayacağını müəyyən etmək üçün səsvermə keçirilməlidir.