Tramvaydakı atışmaya görə daha 2 nəfər saxlanıldı

tramvaydaki-atismaya-gore-daha-2-nefer-saxlanildi
Oxunma sayı: 645

Niderland polisi Utrextdəki insidentlə bağlı daha iki nəfəri saxlayıb. “Qafqazinfo”nun “Associated Press” nəşrinə istinadən xəbərinə görə, saxlanılan şəxslər barədə ətraflı məlumat verilmir.

Xatırladaq ki, martın 18-də Utrextdə tramvayda baş vermiş atışma zamanı 3 nəfər ölüb, 5 nəfər yaralanıb.

Hadisə ilə bağlı ilk olaraq 37 yaşlı Türkiyə vətəndaşı Gökmən Tanış saxlanılıb.