Transformator yandı

transformator-yandi
Oxunma sayı: 1510

Tovuzda yanğın olub. 

“Qafqazinfo”nun FHN-in saytına istinadən verdiyi xəbərə görə, rayonun Alakol kəndində transformatorun ətrafa dağılmış yağı və giriş kabelləri 30 p.m yanıb.

Transformatorun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.