Türkiyə İsrail səfirini ölkədən göndərdi

turkiye-israil-sefirini-olkeden-gonderdi
Oxunma sayı: 2016

İşğalçı İsrail rejiminin Qəzzada törətdiyi kütləvi qətliama görə İsrailin Türkiyədəki səfiri Eytan Naeh Xarici İşlər Nazirliyinə çağırılıb.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, baş verən hadisələrə görə hesabat tələb edilib və sərt şəkildə qınanılıb.

Daha sonra səfirin bir müddətlik ölkəni tərk etməsi istənilib.

Qeyd edək ki, dünən baş verən kütləvi qətliamda 61 nəfər ölüb, 2700-dən çox fələstinli isə yaralanıb. İsrailin terroru ilə əlaqədar Fələstin və Türkiyədə 3 günlük matəm elan edilib.