Türkiyə universitetlərində təhsil almaq istəyənlərə şad xəbər

turkiye-universitetlerinde-tehsil-almaq-isteyenlere-sad-xeber
Oxunma sayı: 640

Eyni zamanda, tələbələr Bakıda imtahan keçirəcək universitetlərin imtahanlarına da yazıla biləcəklər. Bunun üçün tanıtım günlərinə gələnlərdən bakalavr namizədlərindən – attestat, 9-10-11-ci siniflərin illik yekun qiymətləri, pasport/şəxsiyyət vəsiqəsi, şəkil tələb olunacaq.

Magistr namizədlərindən isə diplom (və ya diplom əvəzi arayış), diplom əlavəsi, pasport/şəxsiyyət vəsiqəsi, şəkil və əgər varsa ALES nəticəsi tələb olunur.

Qeyd edək ki, tanıtım günləri 9-11 Avqust 2012 tarixləri arasında Bakı Türk Anadolu Liseyində (Ə. Hüseynzadə 77 / Nizami metrosunun yaxınlığında) keçiriləcək.

Tədbirin təşkilatçısı Akademi Group şirkətidir.
Tədbirdə Türkiyənin Azərbaycandakı səfirinin və Təhsil Nazirliyi nümayəndələrinin iştirakı gözlənilir.