Türkiyədə azərbaycanlı “canlı bomba”lar həbs edildi - 2-si qadındır

turkiyede-azerbaycanli-canli-bombalar-hebs-edildi
Oxunma sayı: 1306

Türkiyədə üzərində çoxlu sayda partlayıcı maddə və “canlı bomba”lara  məxsus gödəkçələr olan azərbaycanlı terrorçular saxlanılıb.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, 5 İŞİD-çi Suriya sərhədində yaxalanıb. Onların arasında Azərbaycan vətəndaşları Sərxan Əliyev (29), Gülnur Şirməmmədova (37), Nazənin Zeynalova (42) da olub. 

Terrorçular məhkəmə qərarı ilə həbs ediliblər.