Türkiyədə dəhşətli qəza - 15 ölü, 27 yaralı

turkiyede-dehsetli-qeza
Oxunma sayı: 3839

Türkiyədə Van-Özalp avtomobil yolunda qeyri-qanuni miqrantları daşıyan mikroavtobus dərəyə aşıb.

“Qafqazinfo”nun “Milliyet”ə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 15 nəfər ölüb, 27 nəfər xəsarət alıb.

Qəzanın sürücünün idarəetməni itirməsi nəticəsində baş verdiyi bildirilir.

Hadisə yerinə çoxlu təcili tibbi yardım avtomobilləri cəlb edilib.