Türkiyədə hərbi təyyarə qəzaya uğrayıb - 3 şəhid

turkiyede-herbi-teyyare-qezaya-ugrayib
Oxunma sayı: 863

Türkiyədə CASA tipli hərbi təlim təyyarəsi qəzaya uğrayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Məlumata əsasən, hadisə Eğirdir gölünün şimalında qeydə alınıb. Əskişəhərdən havaya qalxan təyyarənin qəzaya uğraması nəticəsində 3 türk hərbçisi şəhid olub.

Xilasedicilər dağıntılar altında qalan şəhidlərin cəsədlərini çıxarıblar. Təyyarənin qara qutusnun axtarışları isə davm edir.