Türkiyənin məşhur proqramında yanğın - Video

turkiyenin-meshur-proqraminda-yangin
Oxunma sayı: 2728

Altı həftədir ki, Star TV-də yayımlanan “Anneler ve Gelinler” adlı yarışmada gözlənilməz hadisə baş verib. “Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, proqramın sonuncu buraxılışının çəkilişi zamanı qəza baş verib.

Belə ki, verilişdə gəlin namizədi qaz sobasını yandırmaq istəyib. Bu zaman anidən böyük alov yaranıb. Qayınana və aparıcı Ezgi Sertel məkandan uzaqlaşıb. 

Layihə əməkdaşları təcili çəkiliş meydançasına daxil olaraq yanğının qarşısını alıblar.