Uçqun olan yerdə vəziyyət necədir?

ucqun-olan-yerde-veziyyet-necedir
Oxunma sayı: 1658

“Zığ qəsəbəsi 43 saylı binanın qarşısında baş verən hadisə ekzogen geoloji proses, yəni sürüşmə  kimi qiymətləndirilmir”.

Bunu “Qafqazinfo”ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib. O qeyd edib ki,  ümumilikdə ərazidə Zığ sürüşmə sahəsində nisbi aktivlik var: “Ancaq bu aparılan qazıntı işi ilə əlaqədar deyil. Çünki qazma aparılan sahə kiçik bir sahədir. Onun böyük bir sahəyə təsir etməsi mümkün deyil. Ona görə də baş verən uçqun geoloji proses kimi qiymətləndirilmir. 

Ancaq yenə də qeyd edirəm ki, ərazidə atmosfer yağıntılarının, texnogen hadisələrin təsirindən aktivləşmə müşahidə olunur. Orada qazılan xəndəyin divarı uçub. Buna torpaq uçqunu da demək olmaz. Lokal bir ərazidir. Hansı  təşkilatın bunu etdiyini bilmirik. Qazıntı işləri qrunt sularının ərazidən uzaqlaşdırılması məqsədilə aparılır”.

Günel Türksoy