“Volkswagen”ə böyük cəza - Rəhbərlik üzr istədi

volkswagene-boyuk-ceza
Oxunma sayı: 1915

“Volkswagen” şirkəti müştərilərinə hiylə gəldiyi üçün cərimələnib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Almaniyanın əyalət məhkəməsinin qərarı ilə şirkətin 2007-2015-ci illərdə karbon qazının emissiyasının aşağı olduğunu göstərən proqramla təchiz edilmiş 10 milyondan çox dizel motorlu avtomobil satdığı məlum olub. Bu səbəbdən “Volkswagen” 1 milyard avro cərimələnib. 

Bu, ölkədə bir şirkətə verilən ən yüksək cəza olub. Satılan maşınlardan 600 mini hazırda ABŞ-da istifadə olunur. Şirkət dövlətə ödəyəcəyi pul cəzasından başqa, müştərilərə ödəniləcək təzminat, avtomobillərin yenidən təmiri və digər işlərə 30 milyard avro xərcləməli olacaq. 

“Volkswagen” rəhbərliyi bu hiyləgərliyi etdiklərini etiraf edib və üzr istəyib. 

Murad Əhməd