Xalq şairi Nəriman Həsənzadə ilə görüş keçirilib

xalq-sairi-neriman-hesenzade-ile-gorus-kecirilib
Oxunma sayı: 3012

Səbail rayonu Bibiheybət qəsəbəsində yerləşən 50 №-li orta məktəbdə məktəbin pedaqoji kollektivinin təşkilatçılığı ilə xalq şairi,  dramaturq, "Şərəf" ordenli Nəriman Həsənzadənin yaradıcılığına həsr olunmuş “Bu torpaqda bitəcəyəm mən xarı bülbül yerinə” adlı ədii gecə-görüş keçirilib. 

Səbail Rayon İcra Hakimiyyətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, tədbirdə YAP Səbail Rayon təşkilatının, rayonun pedaqoji kollektivlərinin, qəsəbə ictimaiyyətinin nümayəndələri və şagirdlər iştirak edib. 50 №-li orta məktəbin direktoru Sədaqət Həsənova Nəriman Həsənzadənin həyat və yaradıcılığı barədə məlumat verib. Məktəb şagirdlərinin ifasında şairin şerləri, onun şözlərinə yazılmış mahnılar səsləndi, bədii kompozisiya nümayiş etdirilib. Şagirdlər şairə suallar veriblər.

Sonra Nəriman Həsənzadə gənclik, tələbəlik, yetkinlik illəri barədə xatirələrindən, həyat yolundan, Heydər Əliyevlə görüşlərindən danışıb, şerlərini oxuyub.