Xarici dövlət borcumuz 2 milyard azalacaq

xarici-dovlet-borcumuz-2-milyard-azalacaq
Oxunma sayı: 1385

Azərbaycanın 2018- ci il üzrə daxili dövlət borclanmasının yuxarı həddi 700  milyon manat, xarici dövlət borclanmasının yuxarı həddi isə 1 milyard manat təşkil edəcək. 

“Qafqazinfo” xəbər verir ki, gələn ilin büdcə sənədində göstərilir ki, 2017- ci ildə daxili dövlət borclanmasının həddi 300 milyon manat təşkil edib.  Bu da gələn ilki borclanmanın limitindən 30 faiz azdır. Xarici dövlət borclanması isə 2017- ci ildə 3 milyard 500 milyon manat təşkil edib. Bu da 2018- ci ilə nisbətən 77,8 faiz az təşkil edəcək. 

Bununla yanaşı, dövlətə məxsus olan hüquqi şəxslərin birbaşa borclanmasının da sərtləşdirilməsi istiqamətində zəruri addımlar atılıb.

 Günel Türksoy