Xarici xüsusi xidmət orqanlarına işləyən 19 nəfər saxlanılıb

xarici-xususi-xidmet-orqanlarina-isleyen-19-nefer-saxlanilib
Oxunma sayı: 1760

Bu gün Dövlət Sərhəd Xidmətinin 2018-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsi keçirilib.

“Qafqazinfo”nun DSX-ya istinadən verdiyi məlumata görə, hesabat ili ərzində Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 19 nəfər, məxfi əməkdaşlığa cəlb olunmuş 3 nəfər müəyyən edilib. Xarici münaqişə zonalarında döyüşmüş 8 nəfərin şəxsiyyəti müəyyən olunub, onlardan 5 nəfər Azərbaycan vətəndaşı saxlanılıb, qanunsuz miq-rasiya ilə məşğul olan 9 qrup, qaçaqmalçılıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 16 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib. Dövlət sərhədini pozduqlarına görə 574 nəfər, sərhədboyu rejim qaydalarını pozduqlarına görə 12 min 701 nəfər, axtarışda olan 5561 nəfər saxlanılıb.

İl ərzində 38 milyon 279,8 min manat dəyərində qaçaqmalın, 1 ton 215 kiloqram 325 qram narkotik vasitənin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb. Sərhəd pozucuları tərəfindən sərhəd naryadlarına qarşı 3 halda silahlı müqavimət göstərilib, hadisə yerində 2 halda avtomat silah, 1 halda 2 ədəd gecəgörmə cihazı aşkar olunub. O cümlədən, iyunun 21-də “Göy-təpə” sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin pozulmasının qarşısı alınarkən silahlı sərhəd pozucuları ilə atışmada çoxsaylı güllə yaraları almış çavuş Ramazan Kurupovun həyatı təcili tibbi müdaxilə sayəsində xilas edilib, əməliyyat-axtarış və qoşun tədbirləri nəticəsində 29 noyabr tarixində dövlət sərhədinin pozulmasının qarşısı alınarkən baş vermiş atışma zamanı sərhədçilər tərəfindən şəxsi şücaət nümayiş etdi-rilib, çavuş R.Kurupov atəş açmış sərhəd pozucusu ayağından güllə ya-rası almaqla saxlanılıb.

Prezident İlham Əliyev Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsindəki döyüş postlarının və müvafiq hərbi obyektlərin Dövlət Sərhəd Xidməti tərəfindən təhvil alınması tapşırığını verib.