“Ya Rəbb”i oxuyacaq

ya-rebbi-oxuyacaq
Oxunma sayı: 685

“Qafqazinfo”nun məlumatına görə, Niyama karyerasında daha çox uğur gətirən və müğənni Röya Ayxanla duet oxuduğu “Ay ürək” mahnısının müəllifi Nailə Mirməmmədli müğənniyə yeni təklif edib. Musiqisi Nailə Mirmməmədliyə, sözləri rejissor Kənan Mahmudova (MM) məxsus olan “Ya Rəbb” adlı mahnı bir neçə günə işıq üzü görəcək.

Onu da bildirək ki,”Ya Rəbb” adlı yeni mahnı Azərbaycanda yeni çəkilən serial üçün hazırlanır. Adı açıqlanmayan serial qısa zaman ərzində tamaşıçılara təqdim olunacaq.

Aynur Babayeva