Yağış suları metroya da doldu - Video

yagis-sulari-metroya-da-doldu
Oxunma sayı: 7231

Səhər saatlarından Bakıya yağan güclü yağış ciddi problemlər yaradıb.

“Qafqazinfo”nun məlumatına görə, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov Oxu.az-a açıqlamasında bildirib ki, suyun səviyyəsinin 10-15 sm qalxması nəticəsində “Memar Əcəmi” metro stansiyasının yeraltı keçidini su basıb.

“Metropoliten və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının birgə səyləri nəticəsində problem qısa müddətdə aradan qaldırılıb”, - deyə o, bildirib.

B.Məmmədovun sözlərinə görə, yeraltı keçidi suyun basması metronun işinə təsir etməyib.