Yapon dənizində itkin düşən azərbaycanlıların axtarışı dayandırılıb

Yapon dənizində itkin düşən azərbaycanlıların axtarışı dayandırılıb
Oxunma sayı: 927

Yapon dənizində batan “Vostok” balıqçı gəmisinin axtarışları dayandırılıb.
 
“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti”yə “Vladivostok” dəniz xilasedici mərkəzinin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, axtarış əməliyyatı yanvarın 25-dən 29-dək aparılıb: “Ekipaj üzvlərinin sağ qalmasına ümid qalmayıb. Buna görə də axtarışların aktiv fazası dayandırılıb. Bundan sonra axtarışları o ərazidən keçən gəmilər davam etdirəcək”.

Xatırladaq ki, “Vostok” balıqçı gəmisi yanvarın 25-də Primorsk diyarı sahillərində, Yapon dənizində yoxa çıxıb. Gəminin göyərtəsində 21 nəfər olub. Onlardan ikisi Rusiya vətəndaşı olan azərbaycanlılar - 1972-ci il təvəllüdlü Mübariz Hüseynov və 1991-ci il təvəllüdlü Ruslan Əlizadədir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi