Yarımfinal uğrunda ruslarla son sınaq

yarimfinal-ugrunda-ruslarla-son-sinaq
Oxunma sayı: 641

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Çempionlar Liqasında Azərbaycanı təmsil edən “Azərreyl” evdə Rusiyanın “Dinamo” klubu ilə qarşılaşacaq. “Çelenc Kap” turnirində çıxış edən “Bakı” isə Rusiyada “Omiçka”nın qonağı olacaq. İlk oyunda məğlub olan hər iki təmsilçimiz “dördlər finalı”na qatılmaq üçün bu görüşdə qələbə qazanmalıdır. Bu halda “qızıl set” oynanılacaq ki, burada üzü gülən tərəfə növbəti mərhələyə vəsiqə qazanacaq.

“Çelenc Kap”
1/4 final mərhələsi, cavab oyunu

28 fevral

20:30. “Omiçka” (Rusiya) – “Bakı” (Azərbaycan)
Hakimlər: Dusan Doviçoviç (Slovakiya), Qyula Tillmann (Macarıstan)
Bakı İdman Sarayı

İlk oyun
“Omiçka” (Rusiya) – “Bakı” (Azərbaycan) - 3:2 (25:20, 25:27, 27:29, 25:22, 15:11)

Çempionlar Liqası
1/4 final mərhələsi, cavab oyunu

28 fevral

18:00. “Azərreyl” (Azərbaycan) – “Dinamo” (Kazan, Rusiya)
Hakimlər: Arturo di Giakomo (Belçika), Aleksandros Varthalitis (Yunanıstan)
Bakı İdman Sarayı

İlk oyun: “Azərreyl” (Azərbaycan) – “Dinamo” (Kazan, Rusiya) - 3:1 (22:25, 25:23, 25:22, 25:21)

Ceyhun Əhmədov