Yeniyetmə musiqiçilərimiz uğur qazandı

yeniyetme-musiqicilerimiz-ugur-qazandi
Oxunma sayı: 1697

10-14 oktyabr tarixlərində Vilnüs (Litva) şəhərində “World Harmony”  beynəlxalq müsabiqəsi keçirilir.  

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan, Çin, Gürcüstan, Latviya, Litva republikalarının  46 iştirakçısının qatıldığı müsabiqədə ölkəmizi  Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin  IV sinif şagirdi  Seyid Nuray (violin) və  X sinif şagirdi Allahverdili Zakir (hoboy) təmsil edir.

Müsabiqənin təşkilat komitəsi tərəfindən Tsitsilino Biçikaşvilinin (Gürcüstan) sədrlik etdityi münsiflər heyətinin tərkibinə  professorlar Veronika Vitayte (Litva), İrena Laurusine (Litva), Devidas Staponkus (Litva), Rolandes Aidukasla (litva), baş müəllim Tamar Sarvazişvili (Gürcüstan) ilə  yanaşı Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinnin direktoru Əməkdar artist  Əziz Yaşar oğlu Qarayusifli və Əməkdar müəllim, Bakı Musiqi Akademiyasının professoru Hökümə Əliyeva münsiflər heyətinin üzvü  kimi dəvət alıblar.

Hər iki iştirakçı – Seyid Nuray və Allahverdili Zakir  birinci mərhələdə uğurla çıxış edərək müsabiqənin ikinci mərhələsində iştirak etmək hüququ qazanıblar.