Yunanıstana gedən gəmi batdı - 3 qadın, 1 uşaq öldü

yunanistana-geden-gemi-batdi
Oxunma sayı: 658

Çanaqqalada qaçaq yollarla Yunanıstana getmək istəyən köçmən gəmisi batıb. “Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, gəminin batması nəticəsində 3 qadın və 1 uşaq vəfat edib. 

Gəmidəkilər İran və Əfqanıstan kökənli olub. Xilas edilən 11 nəfər isə xəstəxanalara yerləşdirilib. 

Qeyd edək ki, gəminin hansı səbəbdən batdığı hələ bilinmir.