Yunanıstanda ara qarışdı - Yaralanan və saxlanılanlar var

yunanistanda-ara-qarisdi
Oxunma sayı: 1142

Yunanıstan 2008-ci ildə 16 yaşlı şagirdin polis tərəfindən öldürülməsinin 10-cu ildönümü ilə bağlı paytaxt Afinada aksiya keçirilib.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, 1000-ə yaxın aksiyaçı yürüyüşdən sonra polislərə daş və alışqan maddələr atıblar.

Həmçinin, yolları bağlayaraq barrikadalar qurublar. Bir çox binaya və iş yerlərinə ziyan vurulub, çoxlu sayda avtomobil yandırılıb.

Polisin nümayişçilərə gözyaşardıcı qaz, təzyiqli su və sis bombaları ilə müdaxiləsi nəticəsində 1 nəfər yaralanıb, 30 nəfər isə saxlanılıb.

Selanik şəhərindəki aksiya zamanı isə tikintisi davam edən metro stansiyası yanıb. Burada 7 nəfər saxlanılıb.

Qeyd edək ki, 16 yaşlı Aleksandros Qriqoropulos adlı şagirdin qətlə yetirilməsi ilə bağlı polislərdən birinə ömürlük, digərinə isə 10 il həbs verilmişdi.