Yunanların İstanbulu işğal planı üzə çıxıb

yunanlarin-istanbulu-isgal-plani-uze-cixib
Oxunma sayı: 632

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən əldə etdiyi məlumata görə, araşdırmaçı-alim Əli Satanın aşkar etdiyi faktlarda Türkiyə haqqında indiyə qədər bilinməyən bir çox hadisəni ortaya çıxarır.
Türk ve İngiliscə 1922-ci ildə nəşr olunan hesabatda maraqlı bir hadisə detalları ilə izah edilir. Türkiyə mənbələrində bilinməyən məlumatda qeyd olunur ki, ittifaq dövlətlərinin aralarında baş verən hadisə həmin planın baş tutmasının qarşısını alıb. Məlumatda bildirlir ki, Türkiyənin qurtuluş savaşı zamanı yunanları Anadolundan çıxarmaq üçün həlledici döyüşlərə hazırlaşarkən, yunanlar da İstanbulun işğal planını düşünürmüşlər.
İngilis qoşunlarının komissarı Nevil Henderson, yunan qoşunlarının baş komandanı general Hacı Anestinin 1922-ci ilin 31 iyulunda rəsmi olaraq İttifaq dövlətlərinə verdikləri nota ilə İstanbulu işğal edəcəklərini bəyan etdiyini yazır. Bu tələbə cavab olaraq İngiltərənin Aralıq dənizi donanmasını İstanbula çağırıldığı, İttifaq dövlətləri İngiltərə, Fransa və İtalyanın birlikdə Yunanıstanın bu işğal təşəbbüsünə qarşı çıxdığı detalları ilə izah edilir. Hətta İtilaf qüvvələri baş komandanı general Harringtona İstanbul hökumətinin də yunanlara qarşı 20 min nəfərlik canlı qüvvə çıxarmağı təklif etdiyi bildirilir.

1922-ci il hesabatında Türkiyənin siyasi, iqtisadi, sosial və hərbi durumu bütün detalları ilə təqdim edilir.