Zaqatalada 14 yaşlı oğlan su anbarında boğuldu - Video

zaqatalada-14-yasli-oglan-su-anbarinda-boguldu
Oxunma sayı: 3641

Zaqatalada bədbəxt hadisə yaşanıb.

“Qafqazinfo” ARB TV-yə istinadən  xəbər verir ki, 14 yaşlı uşaq boğularaq ölüb.

Hadisə Zaqatala rayonunun Aşağı Tala kəndi ərazisində baş verib.

Köçkün qəsəbə sakini Rəvan İsmayılov iki tanışı ilə birlikdə çimmək məqsədilə icazəsiz olaraq gül plantasiyalarının suvarılması üçün nəzərdə tutulan kiçik su anbarına giriblər. Yeniyetmə suya girən kimi boğulub. Digər iki nəfər onun ailəsinə xəbər verib.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin və Rayon Polis Şöbəsinin əməkdaşları cəlb olunublar. Qısa müddət ərzində polis əməkdaşı tərəfindən sudan çıxarılan Rəvan İsmayılov aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.