Zaxarova mahnı yazdı, Zara oxudu - Video

zaxarova-mahni-yazdi-zara-oxudu
Oxunma sayı: 1689

Məşhur müğənni Zara (Zarifa Mkoyan) Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarovanın sözlərinə yazılan "Sənin üçün, mənim məhəbbətim" adlı mahnını ifa edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Zaxarova özünün instagram hesabında paylaşım edib: “Və budur yeni mahnı. Musiqisi Maksim Fadeyevin, sözləri mənimdir. Oxuyur Zara. Oxumur, yaşayır”. 

XİN sözçüsünün bu paylaşımı sosial şəbəkədə böyük marağa səbəb olub.